Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsinin müdiri

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 21.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
  • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
  • Cəmiyyətin hasilat sahələrində şöbəyə tabe olan bölmələrin işinin təşkilinə nəzarətin təşkil edilməsini təmin etmək;
  • Cəmiyyətin hasilat sahələrində istehsalat fəaliyyətinə dair hesabatların hazırlanmasına nəzarət etmək;
  • Cəmiyyətin sifarişi əsasında hasilat sahələrində fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulması və onların fəaliyyətinə nəzarəti təşkil etmək;
  • Cəmiyyətin hasilat sahələrində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsi, icrasına nəzarəti təşkil etmək;
  • Cəmiyyətin istehsalata dair mühəndislik, təmir tikinti işləri üzrə layihələrinin hazırlanlanmasında iştirak etmək və təkliflər vermək;
  • Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;
  • Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Hasilat sahələrinin idarəedilməsi prinsip və mexanizmlərini bilməli.
  • Qərar qəbul etmə və üzərinə məsuliyyət götürmə, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarıqlarına malik olmaq.
  • Ünsiyyət qurma, yeni ideyalar irəli sürmə və tətbiq etmə bacarıqları,liderlik bacarıqlarına malik olmaq.
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (yaxşı), Microsoft Office proqramlarını mükəmməl bilmək. Mühəndislik proqram təminatları (Autocad, Gemcom, Surpac və s.) ilə tanışlıq arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Dağ-mədən, geologiya və ya digər aidiyyatı sahələr üzrə ali təhsil tələb olunur.
  • Minimum 5 il müvafiq sahələr üzrə iş təcrübəsi tələb olunur.

İş qrafiki:

  • İş saatları: 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günüdür.

 

https://careers.azergold.az/vakansiya/sobe-mudiri-dag-meden-ve-hasilat-sahelerinin-koordinasiyasi-sobesi

İşəgötürənin reytinqi