Daxili audit departamentinə Baş/Aparıcı/Auditor/Kiçik auditor

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 19.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək; 
  • Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
  • Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
  • Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək; 
  • Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
  • Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
  • Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.

Bizim üçün uyğun namizəd:

  • İT/maliyyə/data analitika/risk/ məshul və proseslərin idarəedilməsi sahələrində minimum 2 illik təcrübəyə;
  • Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara;
  • Yüksək fərdi xüsusiyyət və dəyərlərə: 
  • Analitik və kritik düşünmə, 
  • Təşəbbüskarlıq və əzmkarlıq, 
  • Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
  • Məsələlələrə mikro və makro baxış, 
  • Yüksək ünsiyyət bacarıqları,
  • Davamlı inkişaf həvəsi və s.
  • Azərbaycan, ingilis və ya rus dili biliklərinə;
  • Microsoft Office və/və ya data analitik proqramlar ilə işləmə bacarıqlarına sahib olan;
  • Vətəndaş qüsursuzluğu olan şəxsdir.

QEYD: Aşağıdakı sahələr üzrə müvafiq təcrübə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcəkdir. 

  • İT - Kiber təhlükəsizlik, kodlaşma, İT və rəqəmsal fraud analitikası və sistem inzibatçılığı üzrə təcrübə, CISA, CIA, CISSP, CRISC, ITIL, CISM, CRMA, ISSMP və s. aidiyyəti sertifikatlar
  • Maliyyə - Bankların maliyyə strukturlarında və ya BIG 4 şirkətlərində maliyyə sahəsi üzrə auditor təcrübəsi, CIA, ACCA, CFA, DipIFR və s. aidiyyəti sertifikatlar
  • Data analitika – Böyük data ilə çalışma və hesabatlıq təcrübəsi, QlikSense, SQL, Phyton, VBA və s. data analitika proqramlarını bilmə
  • Risk – Əməliyyat, kredit və IT risklər sahəsində təcrübə, FRM,CERA, CRM, PRM, ISO31000 və s. aidiyyəti sertifikatlar
  • Məhsul və proseslərin idarəedilməsi – Məhsul sahibi, biznes analitik,  scrum master, biznes proseslərin optimallaşdırılması və layihələrin idarə edilməsi sahəsində təcrübə, PMP, PBA, CSM, ACP,  CPM və s. aidiyyəti sertifikatlar

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi