İşin təsviri
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan sifarişləri vaxtında hazırlamaq
- Təhvil-təslim proseduruna tam əməl etmək
- Malları düzgün təhvil vermək və müvafiq sənədlərə lazımi məlumatları qeyd etmək
- Anbarın səliqəsi və təhlükəsizliyini təmin etmək
- Sayım prosesində iştirak etmək və müvafiq hesabatlar vermək
- Rəhbərliyin verdiyi digər göstərişləri vaxtında icra etmək
Tələblər:
- 1 C proqramında işləmə bacarığı;
- Bu sahədə minumum 1 ilə qədər iş təcrübəsi;
- Mühasibatlıq üzrə təhsil və ya sertifikatlar arzuolunandır;
- MS ofis proqramlarında sərbəst işləmək bacarığı.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi;
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
https://hr.mktcotton.com/url/l8be8dwr