Hüquqşünas

  • Technoil LLC
  • Elanın qoyulma tarixi: 17.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • İdxal, ixrac, alqı-satqı, podrat və s. müqavilələrin, onlara əlavələrin, aktların, protokolların, arayışların, məktubların və s. hüquqi sənədlərin tərtibi və hüquqi ekspertizası;
  • Müəssisədaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
  • Hüquqi rəylərin verilməsi;
  • Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
  • Müəssisənin struktur bölmələrində mövcud olan hüquqi problemlərin araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
  • Müəssisənin məhkəmədə təmsil edilməsi, bu məqsədlə iddia ərizələrinin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
  • Vəzifəsinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (Hüquq);
  • Hüquq sahəsində ən azı 4 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi, yaxşı səviyyədə Rus dili biliyi;
  • Azərbaycan Respublikası mülki, əmək, inzibati, mülki-prosessual qanunvericiliyi üzrə biliklər;
  • MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı: razılaşma əsasında;
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi

Xahiş edirik, mövzu hissəsində “Hüquqşünas” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) e-poçt ünvanına göndərəsiniz.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]