Məhsul təbliğatı üzrə mütəxəssis (Tibbi nümayəndə)

  • SAF Pharma LLC
  • Elanın qoyulma tarixi: 28.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəlikləri:

  • Gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə Tibbi müəssisələrin ziyarət edilməsi və məhsul təqdimatının aparılması;
  • Həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması;
  • Gün ərzində görülən fəaliyyət barədə hesabat hazırlamaq;
  • Bazar araşdırması prosesində iştirak etmək;
  • Yeni müştəri cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasını prosesində iştirak etmək;
  • Problem yarandıqda həll etmək və ya bu barədə birbaşa rəhbərini məlumatlandırmaq; 
  • Ona təhkim olunmuş işçi - mentor ilə birlikdə öyrənmə proqramını icra etmək;
  • İş və təlim qrafikinə əməl etmək.

Qeyd: iş ofisdə icra edilmir.

Vəzifəyə tələblər:

  • Azərbaycan dilində mükəmməl yazılı və  şifahi ünsiyyət
  • Təqdimat bacarığı
  • Öyrənməyə meyilli
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Çeviklik
  • Dəqiqlik

Üstünlük hesab olunur:

  • Təcrübə - Müvafiq sahədə 1 ildən çox təcrübə
  • Tibbi təhsil (ali və ya kollec)

Müraciət qaydaları:

CV-ni e-mail ünvanına “TN — region” başlığı (tema/subject) ilə göndərə bilərsiniz.

Qeyd: Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər ilə müsahibə keçirilir.

İş yeri: Quba (1yer) , Tovuz (1 yer) , Salyan (1 yer) , Qəbələ-İsmayıllı (1 yer), Kürdəmir (1 yer) (*hər bir şəhər və rayon üzrə vakansiya ayrıdır)

İş rejimi: 09:00-18:00

Əmək haqqı: 400 azn ilə başlayır +bonus

Email: [email protected]