Keyfiyyətə nəzarət üzrə mühəndis (Bölgələr)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 29.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
  1. Kimya mühəndisliyi;
  2. Qida mühəndisliyi;
  3. Mexanika mühəndisliyi,
  4. Proseslərin avtomatlaşdırılması mühəndisliyi. 
  • Araşdırma və analizetmə bacarığı olmalı;
  • Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.

İş haqqında məlumat:

  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
  • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərinalınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
  • Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
  • Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
  • İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.

İş yeri: İmişli,Kürdəmir,Lənkəran 

Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Növbəli iş rejimi.

Qeyd: Tələbdə göstərilən hər hansı bir ixtisas üzrə məzun olan və sahə üzrə təcrübəsi olmayan namizədlər də müraciət edə bilərlər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Keyfiyyətə nəzarət üzrə mühəndis(Bölgələr) qeyd edərək göndərə bilər və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi