Texniki Mühəndis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 28.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi tələblər:

  • Texniki universitet məzunu (Mexanika, Qida mühəndisi, Maşın mühəndisliyi ixtisasları)
  • İstehsalat sahəsində (texniki sahədə) 3-5 il iş təcrübəsi
  • İngilis dili, Rus dili yüksək səviyyədə bilməli
  • Texnoloji proseslərin aparılması qaydasını bilməli
  • İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli
  • İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı
  • PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli
  • Texniki təhlükəsizlik qaydalarını bilməli

İş haqqında məlumat:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahl tutulmasında iştirak edir.
  • Bütün təmir işlərini avadanlıqların texniki passportunda qeyd edilən normativlərə əsasən həyata keçirir, normativdən kənara çıxmamaq üçün lazım gələrsə, avadanlığa dair internet resusrlarından istifadə edərək, təmir işlərini müasir standartlar əsasında qurur.
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir.
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir.
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.

 

İş şərtləri:

  • 9 saatlıq iş rejimi
  • Nahar və servis xidməti şirkət tərəfindən.

İş yeri: Sumqayıt şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Texniki Mühəndis” qeyd edib göndərə bilər və ya hr.azersun.com ünvanından  qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi