İşin təsviri
                
                
                                
                Öhdəliklər:
	- Bankın potensial KOS kateqoriyasına aid olan müştəri bazasını müəyyən edir;
 
	- Müştərilərlə birbaşa ünsiyyətə girir və onları banka cəlb edir;
 
	- Mövcud müştəri bazası ilə işləyir, müştərilərdən xidmətlər üzrə sifarişlər qəbul edir və sifariş üzrə satışı həyata keçirir; 
 
	- Müştərilərin əməliyyatlarında yaranmış problemləri həll edir; 
 
	- Gördüyü işlər haqqında bölmə rəisinə gündəlik müvafiq formaya uyğun elektron hesabat təqdim edir. Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirir.
 
Tələblər:
	- Ali təhsilli olmalı (İqtisadi sahələr arzu olunandır);
 
	- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
 
	- Microsoft Office proqram paketini bilməli;
 
	- Azərbaycan və Rus dili biliyi olmalı;
 
	- Komandada işləmək bacarığı olmalı;
 
	- İşgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalıdır.
 
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1898) portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.