İşin təsviri
                
                
                                
                Öhdəliklər:
	- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
 
	- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
 
	- Bankın SME seqmentinə aid olan müştərilərdən bank xidmətləri (Kredit və əməliyyat) üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
 
	- Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
 
	- SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
 
	- Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
 
	- Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
 
	- Görülmüş işlər üzrə hesabatlar vermək.
 
Tələblər:
	- Maliyyə, iqtisadiyyat, bankçılıq və ya digər müvafiq sahə üzrə bakalavr təhsili;
 
	- Səlis Azərbaycan dili (Rus və/ və ya İngilis dili biliyi arzuolunandır);
 
	- Ünsiyyət və əlaqələr qurmaq qabiliyyəti;
 
	- Yüksək səviyyədə satış etmək bacarığı;
 
	- Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi.
 
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1845) portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.