Satış Təmsilçisi

İşin təsviri

 Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ konserv zavodu (Jalə Bakı satış ofisi) dünya standartlarına cavab verən məhsulları ilə Azərbaycan bazarında liderlər siyahısına başçılıq edir.
 Zavodun məhsulu olan Jalə təbii meyvə şirələri Avropada istehsal olunmuş ən müasir avadanlıqlar vasitəsi ilə və məhz yerli xammaldan istifadə olunaraq istehsal olunur. Jalə təbii meyvə şirələri müasir Avropa keyfiyyət sertifikatlarına layiq görülmüş və yalnız Azərbaycan məkanında deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərinin bazarlarındada öz alıcıların tapmışdır.

ŞİRKƏT AŞAĞIDA GÖSTƏRİLƏN VAKANSİYA ÜZRƏ
İŞÇİ YIĞIMI ELAN EDİR

VAKANSİYANIN ADI:    Satış Təmsilçisi

İŞİN ÜMUMİ TƏSVİRİ:

- Məhsulun yerli bazarda uğurlu satışını təmin etmək.
- Mövcud Müştərilərin məhsulla bağlı ehtiyacların öyrənərək təmin etmək.
- Yeni Müştərilərlə iş birliyi yaratmaq

NAMİZƏDLƏRƏ OLAN TƏLƏBLƏR

- Mütləq olan tələblər
- İqtisadiyyat üzrə ali təhsil
- Şəxsi avtomobilin/nəqliyyatın olması
- Azərbaycan dilində fikrin sərbəst çatdırma qabiliyyəti
- Arzu olunan tələblər
- Müvafiq sahədə bir (1) ilə qədər iş təcrübəsi
- İnsanlarla ünsiyyət qurma bacarığı

ŞİRKƏT İŞÇİNİ AŞAĞIDAKILARLA TƏMİN EDİR

- Əmək haqqı 600-800 AZN
- Sürülmüş məsafəyə görə yanacaq xərcləri
- Sürülmüş məsafəyə görə nəqliyyatın amorsisaziya xərcləri
- İcbari və sosial sığortalar

ƏLAQƏ VASİTƏLƏRİ

 Maraqlı olan Şəxslər CV-rini [email protected][email protected] ünvanlarına göndərmələri xahiş olunur.

 

Jalə Bakı Satış Mərkəzi tərəfindən digər vakansiyalar