Filial meneceri

  • Fast Kredit
  • Elanın qoyulma tarixi: 22.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
  • Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
  • Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
  • Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
  • Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Filial meneceri" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan  namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Email: [email protected]