İşin təsviri
                
                
                                
                Tələblər:
	- Premium seqmentdə ən az 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
 
	- Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti; 
 
	- MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
 
	- Komandada işləmə bacarığı;
 
	- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
 
	- Satış texnikası haqqında biliyin olması;
 
	- Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
 
	- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
 
Vəzifə öhdəlikləri:
	- Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
 
	- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
 
	- Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
 
	- Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
 
	- Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
 
	- Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
 
	- Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
 
	- Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
 
	- Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
 
	- Şirkətin qərar verdiyi bütün treyninqlərdə iştirak;
 
	- Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq; 
 
	- Sərgilərdə və iş görüşlərində iştirak;
 
Şərtlər:
	- Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün
 
	- İş saatı ( növbəli): 10:00-18:00; 10:00-20:00
 
	- Əmək haqqı: Təcrübədən asılı olaraq 800 AZN – 1000 AZN +satışdan bonus
 
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Çılçıraq ”sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. 
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.