İnsan Resursları üzrə Mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 19.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • İnsan Resursları üzrə 3 ildən artıq iş təcrübəsi;
  • MS Office (MS Excel, MS Word, MS Outlook, 1C -8.3) proqramlarında işləmə bacarığı;
  • İnsan Resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmaq;
  • İşçi heyyəti çox olan müəssisədə işləmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə əsasən şəxsi işlərin formalaşdırılması və qeydiyyatının aparılması, işə qəbul edilməsi, xitam verilməsi, bir iş yerindən başqasına keçrilməsi, vəzifədə irəli çəkilməsi, müvafiq əmrlərin yazılması, elektron Hökumət Portalına daxil edilməsi (1C və EMAS);
  • Məzuniyyət ( Əmək , analıq və s. ) və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablaşmaların təşkili və nəzarət edilməsi;
  • Kadr kargüzarlığının qanunvericiliyə uyğun tərtib edilməsi (işçilərlə əmək müqavilələrinin (əlavə və dəyişikliklərin) bağlanması, sənədləşmənin həyata keçirilməsi və Elektron hökumət portalına daxil edilməsi, vəzifə dəyişikliklərinin edilməsi, işdən çıxan işçilərin sistemdən çıxarılması və s.);
  • Əmrlər, ezamiyyət, məzuniyyət və əmək kitabçalarının qeydlərini aparmalıdır;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
  • Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;

İş şəraiti: 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.