Daxili audit Departamentinin fəaliyyətinin təşkil və idarə olunmasını təşkil etmək.
Daxili Audit layihələrinin həyata keçirilməsini təşkil etmək.
Mürəkkəb mühasibat uçotu prosedurları haqqında dərin biliyə malik olmaq, yarana biləcək mühasibat problemlərini müəyyən edə bilmək və onların aradan qaldırılması istiqamətində tövsiyyələr vermək.
Audit yoxlamaları zamanı meydana çıxan ən aktual və vacib məsələləri həll etmək üçün onların prioritetlərini müəyyənləşdirmək və həlli üçün müvafiq resurslar yönləndirmək.
Fırıldaqçılıq və ya texniki səhvlər üzrə detektiv və preventiv daxili nəzarət mexanizmlərinin hazırlanması, tətbiqi və mütəmadi olaraq bu mexanizmaların işləməsinin yoxlanılması.
Vəzifə funksiyası:
Təyin olunmuş audit sahəsi üzrə geniş, ətraflı və praktik audit planın hazırlanması.
Audit planına aid olan fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onların əhəmiyyətlilik dərəcəsini və fəaliyyətə xas olan məcmu risk dərəcəsini qiymət, cədvəl və keyfiyyət baxımından qiymətləndirmək.
Təyin olunmuş daxili audit layihələrinin fəaliyyətini təmin etmək.
Daxili auditor funksiyasını yerinə yetirməyə qadir olan işçiləri düzgün istiqamətə yönləndirmək və onlara dəstək olmaq.
Rəhbərliyi auditin əhatəsinə dair hesabatlar və təyin olunmuş sahə üzrə audit fəaliyyətinin nəticələri ilə təmin etmək və eyni zamanda həmin nəticələrin düzgün izahını verərək yoxlama qrafikini və əhatəsini optimallaşdırmaq.
Aparılmış audit prosedurlarının nəticəsi olaraq hazırlanan audit hesabatlarını nəzərdən keçirərək hesabatların məzmununu qiymətləndirərək, üst səviyyədəki rəhbərlik ilə müzakirə olunacaq məsələləri yekunlaşdırmaq.
Yekun hesabatları hazırlayaraq, həmin hesabatların məzmununu cavabdeh rəhbərlər ilə müzakirə etmək.
1C üzərindən işin gedişatının sənəd dövrüyyəsinə nəzarətin təşkil edilməsi.
Tikinti layihələrinin büdcəsinin yoxlanılması, yekun mənfəətliliyə dair hesabatların yoxlanılması.