Müştəri Meneceri Assistenti

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 18.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin məqsədi:

Kiçik və Orta Sahibkarlıq Bankçılığı seqmentinin inzibati dəstəyi, müqavilələrə nəzarəti, sifarişlərin emalı və sənədlərin hazırlanması.

Vəzifə öhdəlikləri:

  • Müvafiq, daxili və xarici tənzimləmələrə uyğun olaraq işin bütün funksiyaların yerinə yetirilməsi
  • Bankın daxili strukturları və Müştəri ilə müqavilə sənədlərinin hazırlanması və razılaşdırılması (Sənədlərin vaxtaşırı nəzarəti)
  • Sazişlərin icnası prosesinin sürətləndirilməsi (lazımi təsdiqlərin, əlaqıli şöbələrin son tarixə rıayətinə nəzarəti)
  • Bankın müştəri hesabları və kredit müqavilələrində nəzərdə tutulan digər qeyri-kredit məhsullarının (depozitlər, pul vəsaitlərinin daxil olması) miqdarı üzrə minimal kredit dövriyyəsinin tələblərə uyğunluğunu yoxlamaq
  • Müştəri tələbinin yerinə yetirilməsinə nəzarət
  • İnzibati dəstək (Xərclər hesabatının hazırlanması, Ezamiyyətlərin təşkili )
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq. 

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 0-1 il  
  • Xarici dillər: İngilis, Rus 
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Bank məhsulları

 

Email: [email protected] 

İşəgötürənin reytinqi