Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri

  • Emsa Food
  • Elanın qoyulma tarixi: 17.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

  • Xidmətin bütün mərhələlərində texniki şərtlərin, işçi təlimatların, texnoloji sənədlərin tələblərinə uyğun olaraq  məhsulun keyfiyyətinə nəzarəti təmin etmək.
  • İş sahələrini yoxlamaq, müşahidələrin aparılması, uyğunsuzluqların rəhbərliyə
  • bildirilməsi və aradan qaldırılması;
  • Sənədlərin nəzarətli nüsxələrinin hazırlanması,izlənilməsi və zəruri olduğu təqdirdə geri yığılmasını həyata keçirmək;
  • Daxil olunan məhsulların qəbulunda iştirak edərək, həmin məhsulların sonrakı vəziyyətini anbarda yerləşdirilən məhsulların mal qonşuluğu prinsipinə riayət olunması və uyğunsuzluq aşkar etdikdə əlaqədar şəxslərə bildirilməsi;
  • Mal qəbulu və istifadə qaydaları ilə bağlı İş axış sxemlərinin (Həmçinin prosedurlar) hazırlanması üçün sahələrdə işin izlənilməsi və müvafiq strukturlara dəstək olmaq;
  • Məhsulun keyfiyyətinin pisləşməsi və qüsurların yaranması səbəblərinin öyrənilməsi, onların aradan qaldırılması üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Kənar auditlər zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı proses sahiblərinə dəstək olmaq və keyfiyyət ilə əlaqəli məsələlərin həll olunma statusunu nəzarətdə saxlamaq;
  • Yükləmə və təhvil üçün hazırlanan məhsulların keyfiyyətinə və məhsulların qablaşdırılması qaydalarına seçmə üsulu ilə nəzarət etmək;
  • Malların silinməsində seçmə üsulu ilə iştirak etmək,kənarlaşmalar barəsində üst rəhbərini məlumatlandırmaq;
  • Keyfiyyət və Qida Təhlükəsizliyi ilə bağlı mütəmadi təlimlərin keçirilməsi;
  • İSO standartlarının icrasına nəzarət etmək.
  • Müəssisəyə daxil olan ərzaq, xam-mal material və dəstləşdiricilərin keyfiyyətinə giriş nəzarətini təmin etmək. 
  • Hazır məhsulun keyfiyyətinin yoxlanması ilə əlaqədar  təlimat və metodikalarının işlənməsində iştirak edir.
  • Uyğunsuz məhsul haqqında hesabatlar tərtib etmək, qeydiyyatını və mütəmadi olaraq analizini aparmaq.

Namizədlər üçün tələblər: 

  • Аli  təhsili; 
  • Yaş həddi – 30-45 yaş;
  • Cinsi – Kişi;
  • Sahə üzrə  3 (üç) ildən аz оlmаyаrаq iş təcrübəsi;
  • Yerli və beynəlxalq şirkətlərdə iş  təcrübəsi;
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.
  • Azərbaycan, rus və ingilis (arzu olunandır) dillərində savadlı yazı və mükəmməl şifahi vərdişlərə malik olmaq;
  • Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
  • Windows, Word, Excel proqramların mükəmməl bilməsi.
  • Ezamiyyətə hazır olmalı.

İş haqqında:

  • İş qrafiki: həftənin 6 gün, 
  • Şənbə günü – gısadılmış iş günü.
  • Qidalanma və rabitə xərcləri şirkət tərəfindən ödənilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə)  mövzu yerinə “Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri” yazaraq göndərilməsi xahiş olunur.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq

Email: [email protected]