Xəzinədar (ehtiyyat)

  • Emsa Food
  • Elanın qoyulma tarixi: 21.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Əmək haqqı: müsahibədə müəyyən ediləcəkdir;
  • İş rejimi: Həftəlik 40 saat (sərbəst iş qrafiki);
  • İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
  • Nahar yeməyi şirkət tərəfindən qarşılanır;

Vəzifə öhdəlikləri:

  • Pul vasitələrinin qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək;
  • İşcilərə əmək haqqı, mukafatlar, ezamiyyət odənişləri və digər xərclərin verilməsi ucun bank muəssisələrində muəyyən edilmiş qaydalara uyğun olaraq rəsmiləşdirilmiş sənədlər uzrə pul vəsaitlərini və qiymətli kağızları alır;
  • Mədaxil-məxaric sənədlər əsasinda kassa kitabçasını aparmaq, pul vəsaitinin faktiki məbləğini kitabçadakı qalıqla yoxlamaq və kassa hesabatını tərtib etmək;
  • Təhvil götürülən pul əsginazlarının həqiqiliyini yoxlamaq;
  • Nəğd vəsaitləri qayda və təlimatlara uyğun hazırlamaq, bağlamaq və təhvil vermək;
  • Xəzinə üzrə nağd pulun hərəkəti barəsində informasiyanı proqram təminatının məlumat bazasına daxil etmək;
  • Əməliyyat gününün sonuna bütün sənədləri və nağd vəsaitləri hesablamaq;
  • Pul vasitələrinin,əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatlarını mühasibat hesabında əks etdirir;
  • Rəhbərliyin tapşırıqlarını icra etmək;

Tələblər:

  • Təhsil: Ali təhsil (maliyyə-muhasibatlıq sahəsi üzrə);
  • Müvafiq sаhə üzrə iş təcrübəsi;
  • Komandada işləmə ünsiyyət və işgüzarlıq bacarıqlara sahib olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;
  • Azərbaycan dilində yazılı və şifahi kommunikasiya bacarığı, İngilis dilini bilməsi arzuolunandır;
  • Microsoft Office proqramını bilməsi;
  • ERP sistemləri üzrə proqram təminatlarında işləmə bacarığı;

Əgər karyeranızı “Emsa Food” MMC-də davam etdirmək istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Xəzinədar (ehtiyyat)” başlığı ilə elektron ünvanımıza göndərə bilərsiniz

Son gün: 30 iyun, 2023

Ünvan: Bakı şəhəri, Nərimanov r-nu, Ağa Nemətulla 224