Maliyyə üzrə mütəxəssis

  • Emsa Food
  • Elanın qoyulma tarixi: 13.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə şöbəsinin fəaliyyətinə rəhbərlik edir, şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir;
  • Şirkətin ümumi büdcəsinin tərtibinə, büdcəyə nəzarət hesabatlarını hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir, proqnozlarının icra hesabatlarının alınmasını təmin edir və konsolidə edilməsini təşkil edir;
  • Büdcə proqnozlarının icrasına nəzarət edir;
  • Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir, Şirkətin  ümumiləşdirilmiş rüblük və illik maliyyə hesabatlarının tərtibini təmin edir, nəticələrini təhlil edir;
  • Balans və balansdan kənar hesablar üzrə aparılan əməliyyatlara nəzarəti həyata keçirir;
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir;
  • Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir;
  • Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir;
  • Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır;
  • Vəzifə icrası ilə bağlı digər işlər.

Tələblər:

  • Təhsil dərəcəsi:  Maliyyə-mühasibatlıq, iqtisadiyyat üzrə tam ali təhsil
  • Əlavə təlim sertifikasiyası: ACCA, CFA kimi beynəlxalq sertifikatların olması 
  • İş təcrübəsi: Minimum 3 il  
  • Mikro yazılım proqramı bilikləri (MÜTLƏQ)

Əmək Haqqı: 1000 AZN

İş Qrafiki: 6 günlük iş həftəsi

Iş rejimi: 09:00 – 18:00 (B.e-C.a) ; 10:00- 13:00 (şənbə)

İstirahət günü: Bazar günləri

Ünvan: Ağa Neymətulla 224, Akkord Plaza

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə” göstərməyiniz xahiş olunur.