Keyfiyyətə nəzarət üzrə baş mütəxəssisi

  • GP Stock Feed
  • Elanın qoyulma tarixi: 17.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Vəzifə Öhdəlikləri:

  • Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis əsas yoluxucu xəstəliklərin mikrobioloji diaqnostikası haqqında məlumatları bilməlidir.
  • Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirmək, iş proqramına uyğun olaraq materialların yığılmasında və emalında iştirak etmək
  • Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları təcrübəyə hazırlamaq
  • Təlimatlara əsasən cihaz və aparatları yoxlamaq və təmizləmək, eksperimentlərin aparılmasında iştirak etmək, cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd etmək
  • Keyfiyyətə nəzarət mütəxəssisi  sanitar əsasları bilməlidir.
  • Ətraf mühitin, obyektlərin sanitar-gigiyenik şərtlərə uyğun işlərin görülməsi və üsulları.
  • Sanitar-gigiyenik normalar və laboratoriya cihaz və avadanlıqları ilə davranış qaydaları.
  • Laboratoriya avadanlıqlarından istifadə qaydaları və laboratoriyada tədqiqat aparılması üçün istismar olunan texnikadan istifadə qaydaları.
  • Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis laborantın və laboratoriyanın işinə nəzarət edir və hesabatlarını AYEf müdirinə təqdim edir.
  • Əmək haqqında qanunvericiliklə bağlı işçilərin sanitar-gigiyenik normalara əməl etməsi.
  • Müəssisə daxili qaydalar və onlara riayət olunması.
  • Ümumi qaydalar və əməyin mühafizəsi, texniki təhlükəsizlik, yem emalında gigiyena və yanğından mühafizə qaydalarının tələblərə uyğun əməl olunması.
  • İlk tibbi yardım göstərilməsi üsulları, işçilərin marifləndirilməsi, dərman və tibbi ləvazimatlardan düzgün istifadə qaydaları
  • Avadanlıq, material, reagentlər və digər əməliyyat üçün zəruri işləri təmin edir.
  • Laboratoriya analizlərini, proseslərin davamiyyətini təşkil edir və analizlərin nəticələrini, testlər, ölçmə, nəticələrin qeydiyyatını saxlamaq, rəhbər sənədlərə uyğun olaraq hazırlayır.
  • Yem emalı sahəsində ədəbiyyat, informasiya nəşrləri, tez-tez rast gəlinən heyvandarlıq xəstəlikləri və bu xəstəliklərin profilaktikası, uyğun olaraq normativ-texniki sənədlərin işlənməsini həyata keçirir.
  • Keyfiyyətə nəzarət mütəxəssisi  kompüter tədqiqatı və iş təcrübəsinə bağlı qrafik tədbirlər planı işləyib hazırlayır və həyata keçirir.
  • Təşkilat işlərin başa çatdırılması, tibbi tədbirlər planına əsasən texniki sənədlərin hazırlanması və dizayn edilməsində iştirak edir.
  • Keyfiyyətə nəzarət mütəxəssisi  fərdi xidməti ilə bağlı sifarişlərin dərhal həyata keçirilməsinə nəzarəti həyata keçirir.
  • Profilaktik və dezinfeksiya işlərinin icra olunma qrafikinə, işçilərin sanitar-gigiyena tələblərinə əməl etməsinə, fabrik ərazisində ziyanvericilərlə, əraziyə daxil olmuş yabanı heyvan və quşların yem məhsullarına xəstəlik salınmasının qarşısını almaq və müalicə tədbirlərinin həyata keçirilməsinə nəzarət edir.
  • Kompleksdə yem məhsullarının analizlərinin sistematik qeydiyyatını aparır, yem məhsullarının keyfiyyət göstəricilərinin artırılması yollarının yem texnoloqu ilə müzakirəsini, izahını və marifləndirilməsini həyata keçirir
  • Direktorun və bilavasitə rəhbərliyinin əmr və sərəncamlarını icra etmək;
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim artırmaq;
  • Yüksək mədəni xidməti təmin etmək;
  • Yeni sistemlər yaratmaq və inkişaf etdirmək, şirkət üçün perspektivlər və yeni imkanları təmin edən iş funksiyaları yaratmaq
  • Hazırkı vəzifə təlimatında nəzərdə tutulan vəzifə borclarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə  - Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi çərçivəsində.
  • Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi qanun pozuntusuna görə - Azərbaycan Respublikasının qüvvədə olan inzibati, cinayət və mülki qanunvericiliyi çərçivəsində.
  • Maddi ziyanın vurulmasına görə - qüvvədə olan Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyi çərçivəsində.

Tələblər:

  • Təhsil: Ali təhsil (Bakalavr) 
  • Təcrübə: 5 ildən çox
  • Sertifikatlar : Sertfikatı olanlara üstünlük veriləcək
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır 
  • İT üzrə biliklər: MS Office, ERP proqramları üzrə biliklər.

Texniki bacarıqlar:

  •  Avadanlıqların iş prinsipini bilmək və onlarla işləmək, 

Səriştəlilik:

  • Əməkdaşlar ilə ünsiyyət qurmaq bacarığı
  • Hadisələri təhlil etmək
  • Qərar qəbul etmək
  • Planlama və təşkilatçılıq
  • Komanda işinin təşkili

 

Email: [email protected]