Keyfiyyətə nəzarət üzrə mütəxəssis

  • GP Stock Feed
  • Elanın qoyulma tarixi: 09.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Keyfiyyətə nəzarət mütəxəssisi əsas yoluxucu xəstəliklərin mikrobioloji diaqnostikası haqqında məlumatları bilməlidir
  • Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları təcrübəyə hazırlamaq
  • Təlimatlara əsasən cihaz və aparatları yoxlamaq və təmizləmək, eksperimentlərin aparılmasında iştirak etmək, cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd etmək
  • Keyfiyyətə nəzarət mütəxəssisi  sanitar əsasları bilməlidir
  • Ətraf mühitin, obyektlərin sanitar-gigiyenik şərtlərə uyğun işlərin görülməsi və üsulları
  • Sanitar-gigiyenik normalar və laboratoriya cihaz və avadanlıqları ilə davranış qaydaları
  • Laboratoriya avadanlıqlarından istifadə qaydaları və laboratoriyada tədqiqat aparılması üçün istismar olunan texnikadan istifadə qaydaları
  • Keyfiyyətə nəzarət mütəxəssisi laborantın və laboratoriyanın işinə nəzarət edir və hesabatlarını keyfiyyətə nəzarət şöbəsinin müdirinə təqdim edir
  • Müəssisə daxili qaydalar və onlara riayət olunması
  • Ümumi qaydalar və əməyin mühafizəsi, texniki təhlükəsizlik, yem emalında gigiyena və yanğından mühafizə qaydalarının tələblərə uyğun əməl olunması
  • İlk tibbi yardım göstərilməsi üsulları, işçilərin marifləndirilməsi, dərman və tibbi ləvazimatlardan düzgün istifadə qaydaları
  • Avadanlıq, material, reagentlər və digər əməliyyat üçün zəruri işləri təmin edir
  • Laboratoriya analizlərini, proseslərin davamiyyətini təşkil edir və analizlərin nəticələrini, testlər, ölçmə, nəticələrin qeydiyyatını saxlamaq, rəhbər sənədlərə uyğun olaraq hazırlayır
  • Keyfiyyətə nəzarət mütəxəssisi  kompüter tədqiqatı və iş təcrübəsinə bağlı qrafik tədbirlər planı işləyib hazırlayır və həyata keçirir
  • Təşkilat işlərin başa çatdırılması, tibbi tədbirlər planına əsasən texniki sənədlərin hazırlanması və dizayn edilməsində iştirak edir

Vəzifə səriştələri:

  • Keyfiyyətlilik və effektivlik
  • Keyfiyyətin idarə edilməsi
  • Məhsul istehsalının idarə edilməsi
  • Sanitar gigiyena qaydalarının icrası
  • Hesabatvermə
  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik və sahiblənmə
  • Qiymətləndirmə bacarığı
  • Məsuliyyətlilik və sahiblənmə

Vəzifədən gözləntilər:

Kvalifikasiyalar:

  • Təhsil səviyyəsi: Ali (Qida mühəndisliyi-Kimyaçı arzuolunandır amma şərt deyil)
  • İş təcrübəsi: Sahə üzrə 1-3 il.
  • Dil bilikləri: Azərbaycan (əla)

İş şəraiti:

  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı:Razılaşma yolu ilə

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İş yeri: Ağdaş rayonu, Ləki qəsəbəsi

Email: [email protected]