İddialar şöbəsinin kiçik mütəxəssisi

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 15.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar:

  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Word, Excel-yaxşı səviyyədə);      
  • Dil bilikləri- azərbaycan dili-əla; ingilis dili, rus dili -yaxşı.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil ;
  • İş təcrübəsi: müvafiq sahədə minimum 1 il;
  • “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Yol hərəkəti qaydaları haqqında” qanunlarını bilmək;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli.

Vəzifə öhdəlikləri:

  • Sığorta hadisələrinə dair sənədlərin qəbulu və yoxlanılması;
  • Sığorta hadisəsi ilə bağlı müvafiq səlahiyyətli orqanlara məktubların yazılması;
  • Sığorta hadisələrinə dair ödənişlərin verilməsi ilə bağlı sığorta aktının tərtib edilməsi və ya rəsmi imtina verməsi;
  • Sığorta hadisəsi ilə bağlı müraciət etmiş şəxslərlə görüşlərin keçirilməsi və onların sığorta hadisəsi ilə bağlı yaranan suallarını cavablandırılması;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri 
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İddialar şöbəsinin kiçik mütəxəssisi) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.       

İşəgötürənin reytinqi