Korporativ Hüquqşünas

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:

  • Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
  • Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Şirkət adından bağlanılan müqavilələrin tərtib edilməsində iştirak edir və həmin müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsi barədə rəy verir;
  • Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə uyğunluğunu və Şirkətin siyasətinə uyğunluğunu təmin edir;
  • Vergi, satınalma, əmək, gömrük və digər qanunvericiliyin tələblərinə uyğun Şirkətdə hüquqi proseslərin tənzimlənməsini həyata keçirir;
  • Bağlanmış müqavilələrin düzgün icra olunmasında Şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
  • Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
  • Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;
  • Birbaşa təbe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya, kasasiya və müxtəlif tipli şikayətlərin hazırlanması;
  • Daxil olan ərizə, şikayət və tapşırıqları keyfiyyətlə icra edir;
  • Şirkətin adından mülki, cinayət və digər xarakterli əməllərin qarşısının alınması üçün iddialar qaldırır;
  • Şirkətin birbaşa təsisçisi və ya payçı olduğu törəmə və asılı şirkətlərindən daxil olan hüquqi sənədlərə rəy və müvafiq hüquqi dəstək verir;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

  • Ali Hüquq Təhsili;
  • Müvafiq sahədə azı 5 illik iş stajı;
  • Stress və gərgin iş şəraitində işləmək bacarığı;
  • Böyük iş həcmi ilə işləmək bacarığı. 

Gözlənilən müvafiq təcrübə:

  • Əsasən Mülki, Mülki Prosessual,Əmək, İnzibati Xətalar və baza vergi biliklərinə dair qanunvericiliyi
  • Dövlət Satınalma haqqında AR Qanunu (tender və kotirovkaların keçirilməsi qaydalarını);
  • İşgüzar və korportaiv yazışma əsaslarını;
  • Peşəkar ünsiyyət psixologiyası;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
  • Korporativ İdarəetmə sisteminin əsasları, daxili korporativ sənədlərin işlənib hazırlanması təcrübəsi.
  • Müxtəliq xarakterli işgüzar müqavilələr hazırlamaq, hazır və ya kontragentlərin təqdim etdiyi müqavilələrə təmsil etdiyi tərəfin maraqlarına cavab verən müvafiq əlavə, dəyişikliklərin edilməsi, hüquqi rəylərin tərtib edilməsi və s. ;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibatını;
  • Azərbaycan dilini yüksək (ingilis dili yaxşı səviyyədə) səviyyədə;
  • Word, Excel , Outlook və Power Point proqramları.

 

İş yeri və qrafik: Bakı şəhəri, Renessans Plaza. 5 gün (şənbə/bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi şirkət hesabına). 

Fəaliyyət istiqaməti: İnşaat, investisiya, kənd təsərrüfatı, istehsalat, nəqliyyat, HoReCa (otel, restoran, kafe) əczaçılıq, logistika, katerinq, İT.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubun mövzu hissəsində (Korporativ Hüquqşünas) qeyd edin.

Email: [email protected]