Böyük Mühasib

İşin təsviri

Vəzifəyə dair tələblər:

  • Ali təhsil (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat) 
  • Sahə üzrə 5 (beş) il, böyük mühasib vəzifəsində ən azı 2 (iki) illik iş təcrübəsi.
  • Peşəkar Mühasib Sertifikatının (PMS) olması üstünlükdür;
  • IT biliklər: BTP, 1C 8.3 proqramını, Word və Excel yüksək səviyyədə bilməli;
  • Elektron portallarda işləmək bacarığının olması (e-taxes.gov.az, e-gov.az, e-customs.gov.az);
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzu olunandır;
  • Mühasibat, vergi və əmək qanunvericiliyi barədə biliklər;

Vəzifə öhdəlikləri:

  • Müəssisənin  maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
  • Bütün maliyyə-təsərrüfat əməliyyatları hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir;
  • İlkin uçot sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
  • Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir.
  • Mal alış sənədlərinin yoxlanılıb mühasibat uçotu proqramına daxil olunmasına nəzarət edir;
  • Alıcılar və satıcılarla hesablaşmalara, bank əməliyyatlarının mühasibat uçotu proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir;
  • Aylıq, rüblük, illik vergi (Mənfəət, ÖMV, ƏDV, Əmlak, DSMF və s.) və statistik hesabatların dövlət orqanlarına təqdim edilməsini təşkil və nəzarət edir;
  • Rəhbərliyə hesabatların təqdim edilməsi.

İş şəraiti:

  • İş vaxtı: 09:00 – 18:00;
  • İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);
  • Korporativ nömrə;
  • Nahar fasiləsi: 13:00 – 14:00 (nahar yeməyi şirkət tərəfindən təmin edilir);
  • İş yeri: Yasamal rayonu;
  • Rəqabətə davamlı əmək haqqı

CV və əmək haqqı gözləntinizi e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Böyük Mühasib) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.