Data Analitik

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 14.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • BI platformalarının və verilənlər bazası sistemlərinin səmərəli idarəedilməsi;
  • Məlumatların tutarlılığı, bütövlüyü, müntəzəm olaraq yenilənməsi, məlumat axınının girişi və təhlükəsizliyinə cavabdehlik;
  • Yazılı texniki və funksional sənədlərin hazırlanması;
  • “Data Governance” strategiyasına və tətbiq olunmuş sistemlərə əsasən məlumatların istifadəsi üçün (Reportlar, Modellər, Panellər) mürəkkəb arxitekturaya dəstək göstərilməsi;
  • Məlumat analizinin hazırlanması üzrə bütün mərhələlərin idarəedilməsi;
  • Hesabatlıq sistemlərinin planlanması, inteqrasiyası, layihələndirilməsi və yerleşdirilməsinə cavabdehlik;
  • Bank layihələrində məlumatların hazırlanması və istifadə olunması;
  • Statistik və analitik hesabatların, məlumat modellərinin və qrafik panellərin hazırlanması;
  • Təqdim olunan məlumatların keyfiyyətinin təmin edilməsi;
  • Şöbənin fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq təşkil edilməsi;
  • Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə cavabdehlik;
  • Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal rəhbərin məlumatlandırılması;
  • Birbaşa rəhbər tərəfindən verilən şifahi və yazılı tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: Müvafiq sahədə Bakalavr təhsili
  • İş təcrübəsi:  3 İl
  • Lisenziya / Sertifikat: Oracle PL/SQL proqramları , Oracle Sql Expert, Data Science
  • Xarici dillər: İngilis (Əla), Rus (yaxşı)
  • Kompüter bilikləri: R, Python, Oracle PL/SQL, Java (Basic) , MS Office Excel
  • Məhsul üzrə biliklər: Oracle BI Publisher/ Oracle BI, Oracle FlexCube, Oracle Administration Tool, PL/SQL
  • Bazar üzrə biliklər: Bank işi

 

https://glorri.com/pashabank/631b184d6fd88e7c4ca8c619

İşəgötürənin reytinqi