İşin təsviri
Vəzifə və Öhdəlikləri:
- Xarici bazar payınının genişləndirilməsi istiqamətində satış stratejiyasının və əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi;
- Bütün növ plastik qapı və pəncərə profillərinin və aksesuarlarının xarici bazarda kommersiya fəaliyyəti işlərinin təşkil edilməsi;
- Məhsul çeşidi və ölkə baxımından yeni bazarların axtarışı, dəyərləndirilməsi, satışın təşkili və inkişafı;
- Mövcud xarici tərəfdaş və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
- İxrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər tərtib və təqib etmək;
- İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
- Şirkəti xarici işgüzar tədbirlərdə, sərgilərdə təmsil etmək.
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, güclü və uzunmüddətli müştəri əlaqələrinin təşkili və qorunub saxlanması;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
- Xarici satış fəaliyyəti barədə statistik hesabatların və satışın artırılması istiqamətində xarici tərəfdaş və müştərilər üçün təqdimatların tərtib edilməsi;
- Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək və inkişaf etdirmək;
Biliklər:
- Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir;
- Dil bilikləri - Azərbaycan, Rus dillərində səlis danışıq, İngilis dili əlavə üstünlükdür;
- Proqram - Microsoft Office;
Təcrübə:
- Müvafiq sahə üzrə 2 ildən çox
Bacarıqlar:
- Yüksək ünsiyyət və davranış bacarığı;
- Dəqiqlik və dürüstlük;
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Təqdimat və təsiretmə bacarığı;
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 Oktyabr tarixinədək emailin mövzu hissəsində "Xarici satış üzrə mütəxəssis" qeyd edərək elektron ünvanına göndərə bilərsiz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Email: [email protected]