Məhsul təbliğatı üzrə mütəxəssis

  • SAF Pharma LLC
  • Elanın qoyulma tarixi: 08.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəlikləri:

  • Gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması;
  • Müştərilərdən məhsullar üzrə rəy alınması;
  • Həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması;
  • İclaslarda iştirak etmək, iş yerində yaranmış problemlər barədə birbaşa rəhbərinə məlumat vermək;
  • Gün ərzində görülən fəaliyyət barədə hesabat hazırlamaq;
  • Bazar araşdırması prosesində iştirak etmək;
  • Yeni müştəri cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasını prosesində iştirak etmək;
  • Problemli müştərilər barədə birbaşarəhbərini məlumatlandırmaq; 
  • Ona təhkim olunmuş işçi - mentor ilə birlikdə öyrənmə proqramını icra etmək;
  • İş və təlim qrafikinə əməl etmək.

Vəzifəyə tələblər:

  • Təcrübə - Müvafiq sahədə 1 ildən çox təcrübə üstünlükdür
  • Azərbaycan dilində mükəmməl yazılı və  şifahi ünsiyyət
  • Təqdimat bacarığı
  • Öyrənməyə meyilli
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Çeviklik
  • Dəqiqlik

Müraciət qaydaları:

CV-ni “TN” başlığı (tema/subject) ilə göndərə bilərsiniz.

Qeyd: Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər ilə müsahibə keçirilir.

Son müraciət tarixi: 20.09.2022

İş yeri: Bakı (5 yer), Quba (1yer) , Tovuz (1 yer) , Salyan (1 yer) , Qəbələ-İsmayıllı (1 yer), Kürdəmir (1 yer)

(*hər bir şəhər və rayon üzrə vakansiya ayrıdır)

İş rejimi: 09:00-18:00

Əmək haqqı: Razılaşma ilə 

Email: [email protected]