Təftiş və Nəzarət Şöbəsinin Mütəxəssisi

  • SƏBA
  • Elanın qoyulma tarixi: 07.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Sahə üzrə ali təhsil 
  • Müvafiq sahədə iş təcrübəsi: 2 ildən artıq 
  • Təftiş və nəzarət prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı ilə işləmək bacarığı.
  • Ezamiyyələrdə iştirak etmək imkanı.

Əsas vəzifə öhdəlikləri:

  • İllik Təftiş planınına uyğun təftiş prosedurlarını həyata keçirmək;
  • Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək;
  • Şirkətin maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin  təftişini aparmaq;
  • Normativ-hüquqi aktların və müəssisədaxili qaydaların icra vəziyyətinin, Şirkətin strateji planının həyata keçirilməsinin, bütün struktur bölmələr üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının təftişini aparmaq;
  • Vəzifəsinin mahiyyətinə aid olan, Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

İş şəraiti:

  • Həftəiçi 5 gün. 
  • Saat: 09:00-18:00
  • İstirahət günləri: Şənbə və bazar günləri 

CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.

Email: [email protected] 

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.

CV-lərin təqdim edilməsi üçün son tarix 30 Sentyabr 2022.