İnsan Resursları şöbəsinin Rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İnsan resursları siyasətləri, sistemləri və prosedurlarının hazırlamaq və müntəzəm olaraq təkmilləşdirmək;
  • Şirkət heyətinin təlim ehtiyaclarını müəyyən etmək və təlim ehtiyaclarını təmin etmək üçün müvafiq təlim mənbələri vasitəsi ilə illik təlim planlarını yaratmaq və icra etmək. 
  • İşçi seçimi proseslərinin mövcud siyasətlərə uyğun olaraq idarə etmək və işəqəbul prosesinin vaxtında tamamlanmasını təmin etmək;
  • Yeni işçilərin şirkətin mədəniyyət və sistemlərinə uyğunlaşmasını asanlaşdırmaq məqsədi ilə  İstiqamətləndirmə proqramını yaratmaq və həyata keçmə prosesinə nəzarət etmək;
  • İşçi fəaliyyətinin dəyərləndirməsi sistemini yaratmaq və sistemin idarəolunmasına nəzarət etmək;
  • İşçi fəaliyyətinin qiymətləndirilməsini vaxtında və qoyulmuş prosedurlara uyğun tamamlanmasına nəzarət etmək;
  • Yerli qanunvericilik və və daxili qaydalara əsasən insan resursları proseslərinə aid bütün sorğuların düzgün və vaxtında cavablandırması təmin etmək. 

Tələblər:

  • Biznes, İdarəetmə, İqtisadiyyat, İnsan Resursları üzrə təhsil;
  • İR sahəsi üzrə Beynəlxalq sertifikatlar arzuolunandır;
  • İnsan resurlsları sahəsi üzrə ən azı 3 il peşəkar təcrübə;
  • Heyətin idarə edilməsi üzrə ən azı 1 il təcrübə; 
  • İş və proseslərin təşkili üzrə təcrübə/bacarıq;
  • Yerli əmək qanunvericiliyi üzrə biliklər;
  • Təhlil etmə və təşkilatçılıq bacarıqları;
  • Güclü ünsiyyət bacarığı, müxtəlif tərəflər qrupuna təsir etmək bacarığı;
  • Güclü problem həll etmə, aktiv dinləmə bacarıqları;
  • MS Office programları üzrə biliklər;
  • Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 30 Sentyabr 2022-ci il tarixinədək  Mövzu/Subject hissəsində “İnsan Resursları şöbəsinin rəhbəri” qeyd edərək elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]