Mühəndis enegretik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtı-vaxtında həyata keçirmək;
  • Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
  • Elektrik dövriyyəsinin hesablanması;
  • Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
  • Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
  • Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
  • Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
  • Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti;
  • Müəssisədə işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il təcrübə
  • İstənilən güclü yarım stansiyalarda təhlükəsiz və sərbəst işin aparılması üçün V ixtisas qrupu (TT, TİQ, YT və əməyin mühafizəsi üzrə) 
  • Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
  • Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
  • Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
  • Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
  • MS proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/muhendis-energetik-1?sources=Jobsearch.az

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar