Ətraf mühitin mühafizəsi üzrə texnik

İşin təsviri

Əsas vəzifə öhdəlikləri: 

Sağlamlıq üçün Təhlükəli Maddələrə Nəzarət (COSHH)

  • Sahədə ətraf mühitin mühafizəsi (təhlükənin kommunikasiyası, kimyəvi və fiziki məhlullar, sanitar-gigiyenik vəziyyət, materialların daşınması)
  • Kimyəvi materiallara nəzarət

Sahədə Ətraf Mühit yoxlamaları və hesabat verilməsi

  • Torpağın mühafizəsinin (eroziya, çökmə, tozlanmaya nəzarət) yoxlanılması
  • Sahədə səs-küyün təsirlərinin azaldılması tədbirlərinin yoxlanması
  • Sahədə flora və faunanın mühafizəsinin yoxlanması
  • Ətraf mühitin mühafizəsi tələblərində çatışmazlıqların müəyyən edilməsi
  • Ətraf mühitlə əlaqədar hər hansı məsələ üzrə texniki dəstəyin təmin olunması
  • Ətraf mühitin mühafizəsi ilə bağlı şirkətdaxili iş öncəsi qısa təlimatlandırmanın, təlimlərin aparılması və ya tövsiyələrin verilməsi
  • Gündəlik nəzarət və sahədə ətraf mühit proseslərinin koordinasiyası
  • Çirklənmənin qarşısının alınması və - Torpaq, Hava və Suyun çirklənməsinə nəzarət, Səs-küyə nəzarət proseduraları 
  • Neft dağılmasına qarşı cavab tədbirləri 
  • İcra planları əsasında uyğunsuzluqları məruzə etmək 
  • Müvafiq səviyyədə Risk qiymətləndirməsinin aparılması
  • İş sahəsində yoxlamaların hər tapşırığın icrasından öncə, sonra və iş prosesində aparıldığından əmin olmaq 
  • Sahələrdə işdən öncə müvafiq qısa təlimatlandırmanın aparılması
  • Podratçıların işlərini bütün müvafiq ətraf mühit proseduraları, normaları və standartlarına əsasən icra etməsinə nəzarət, tələblərə riayət olunduğundan əmin olmaq üçün bütün zəruri tədbirləri təşviq etmək
  • Təşkilat, planlaşdırma və vaxtaşırı sahə gəzintiləri, sahə inspeksiyaları, hesabatların hazırlanması, tədbirlər planları, izləmələrin yoxlanmasında iştirak və bərpaedici tədbirlərin vaxtında icrası

Tullantıların idarə olunması

  • SDM Tullantıların İdarə olunması Planına əməl olunması
  • Tullantıların sahədə toplanmasına, saxlanmasına və sahədən kənara daşınmasına nəzarət;
  • Tullantıların düzgün çeşidlənməsi, daşınması, saxlanmasına və tullantı qəbzlərinin hazırlanmasına cavabdehlik;
  • Tullantıların hesabatının aparılması

Tələblər:

  • Bakalavr dərəcəsi və ya sahə üzrə peşəkar sertifikatlar;
  • İngilis dili - ən azı başlanğıc səviyyədə;
  • Ətraf mühitin mühafizəsi sahəsində ən azı 3 il təcrübə;
  • Ətraf mühitə təsirlərin azaldılması üsullarının tətbiqi ilə bağlı praktik təcrübə;
  • Podratçıların idarə olunması və tikinti heyəti ilə iş təcrübəsi;
  • Tullantıların idarə olunması üsulları və sisteminə dair praktik təcrübə.

Son müraciət tarixi: 12 sentyabr 2022

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Ətraf mühitin mühafizəsi üzrə texnik” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.   

Email: [email protected]

İşəgötürənin reytinqi