Front-end Proqramlaşdırma üzrə Kiçik Mütəxəssis/Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 01.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll hazırlanması, biznes dəyərlərini çatdırmaq üçün front-end mühəndislik praktikasının gücləndirilməsi;
  • Mükəmməl istifadəçi interfeysi yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
  • Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizayner və back-end proqramçılar ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak;
  • UX/UI tələblərinə uyğun olaraq istifadəyə rahat, inkişaf edən, səhvə davamlı proqramların yaradılması;
  • Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
  • “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
  • Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin edilməsi;
  • Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq icrası;
  • Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət;.
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: İnformasiya Texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • Xarici dillər: İngilis
  • Komputer bilikləri: React (or Angular, Ember, and Backbone)
  • Typescript üzrə mükəmməl biliyin olması
  • İstifadəçi əlaqəsi və dizayn, prinsip və standartları haqqında anlayış 
  • Verilənlərin strukturu və alqoritm biliyi
  • Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi, SVN və ya GIT
  • Digər: İdarəçilik, ünsiyyət və hesabat biliyi
  •  Bankçılıq təcrübəsi
  • Üstünlük verilir: Kodun yenidən işlənməsi
  • Dizayn nümunələri
  • Dizayn yönümlü inkişaf
  • Domain yönümlü dizayn
  • CI/CD, yüksək miqyaslı proqramlar, proqram təhlükəsizliyi
  • İkili proqramlaşdırma, testlər üzrə bilik

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Front-end Proqramlaşdırma üzrə Kiçik Mütəxəssis/Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. 

Email: [email protected]

İşəgötürənin reytinqi