Satış nümayəndəsi

  • STP Polymer
  • Elanın qoyulma tarixi: 29.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Müvafiq sahədə 3 - 5 il iş təcrübəsinə sahib;
  • Boru və ya sənaye sahəsində təcrübəsi olan;
  • Ümumi satış texnikalarını, kommersiya hüququnu, satış-marketinq strategiyalarını və satışın idarə edilməsi bacarığına sahib;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik;
  • Microsoft Office proqramlarını bilməli;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus dili bilgisi üstünlükdür);
  • Təqdimat və təsiretmə bacarığına malik olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • Yerli bazarda yeni müştərilərin bazasının yaradılması və mövcud portfelin inkişaf etdirilməsi;
  • Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq məhsulların təklif edilməsi;
  • Görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Verilmiş sifarişin müştərinin tələb etdiyi şərtlərə uyğun həyata keçirilməsinin yoxlanılması;
  • Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişlərin həyata keçirməsinə nəzarət edilməsi;
  • Bakı şəhəri və bölgələri üzrə müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatını həyata keçirmək;
  • Müştəri debitor borclarının idarə edilməsi;
  • Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərə verilməsi.

Nə əldə edəcəksiniz ?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Rəqabətə davamlı əmək haqqı və satış nəticələrinə müvafiq olaraq bonus; 
  • Davamlı karyera imkanı;

Əlavə məlumatlar:

  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış nümayəndəsi” yazaraq, 30 sentyabr 2022 – ci il tarixinədək göndərilməsi xahiş olunur.

Email: [email protected]

STP Polymer tərəfindən digər vakansiyalar