Satış təmsilçisi

İşin təsviri

Tələblər:

  • 30 yaşdək;
  • Təhsil – Ali (dəqiq fənlər üzrə ixtisas tələb olunur);
  • Dillər: İngilis və rus dili arzu olunandır;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobili olmalı;

Vəzifələr:

  • Satışa buraxılan məhsulu şirkətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə çatdırmaq;
  • Bu təlimata əlavə olunan plan və hesablaşmalar qaydalarında tərtib edilən həcmdə mallar satmaq;
  • Kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulun çatdırılmasını təmin etmək;
  • İşini keyfiyyətlə yerinə yetirmək;
  • Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar dəqiq və ətraflı hazırlayıb Şöbənin Menecerinə    yazılı surətdə təqdim etmək;
  • Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq;
  • Məhsulu satışa hazırlamaq və realizə etmək;
  • Məhsulun düzgün qiymətləndirilməsini müəyyənləşdirmək;
  • Məhsula satış görünüşünü vermək:
  • Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək

İş şəraiti:

  • Həftədə 5 iş günü
  • Bakı şəhərində yaşayan namizədlərə üstünlük verilir.

Adres: Bakı şəhəri ,Xətai rayon Xocalı pr.37 

Əlaqə nömrəsi: (012) 310 35 55