Kommersiya Direktoru

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Şirkətin kommersiya strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Müxtəlif satış kanallarına rəhbərlik etmək və işlərin düzgün qaydada həyata keçirilməsinə nəzarət etmək;
  • Satış komandası üzvlərinin fəaliyyətlərini koordinasiya etmək və nəticələrini təhlil etmək;
  • Yeni bazar imkanlarını araşdırmaq və genişlənmə strategiyaları təklif etmək;
  • Satış hədəflərini təyin etmək və bu hədəflərin yerinə yetirilməsini təmin etmək;
  • Marketinq və satış komandalarını idarə etmək;
  • Məhsulların qazanclılığını təmin etmək üçün strategiyalar hazırlamaq və tətbiq etmək;
  • Müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Müştərilərlə razılaşmaların həyata keçirilməsi və tələblərin müəyyən olunması;
  • Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
  • Mövcud müştərilərin tələblərini müəyyən etmək və müştəri məmnuniyyətinin təmin edilməsi;
  • KPI-lərdən istifadə edərək kommersiya göstəricilərinin izlənilməsi, ölçülüb təhlil edilməsi;
  • Pərakəndə satışın təşkili,idarəsi və inkişafı;
  • Modern satışın təşkili,idarəsi və inkişafı;

Tələblər:

  • Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə üstünlük verilir).
  • Kommersiya sahəsində, xüsusilə satış və menecment üzrə ən azı 5 il iş təcrübəsi.
  • Satış kanallarının idarə edilməsi və distribyutor sistemi ilə iş təcrübəsi.
  • FMCG sektorunda ən azı 3 il təcrübə.
  • Liderlik və komanda idarəetmə bacarıqları.
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
  • Əla ünsiyyət və təqdimat bacarıqları.
  • Rus və ingilis dillərini bilmək üstünlükdür
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı ;
  • İş vaxtı: 09:00–dan 18:00 dək;
  • İstirahət günləri: Şənbə və Bazar;

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərə bilərlər.