Mühasib

İşin təsviri

İş barədə məlumat: 

  • Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkil və təmin etmək
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatları vaxtında mühasibat uçotunda, o cümlədən müvafiq elektron mühasibat sistemlərində əks etdirmək
  • Rəsmi hesabatları (vergi, DSMF, statistika) hazırlamaq və vaxtında təqdim etmək
  • Tələb olunan statistik hesabatları hazırlamaq 
  • Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaları aparmaq, ödənişləri həyata keçirmək və sənəd uçotunu müvafiq qaydada təmin etmək 
  • Bank əməliyyatlarını icra etmək, hesablar üzrə ödənişləri həyata keçirmək
  • Elektron qaimə, faktura və s. sənədləri tərtib və icra etmək, göndərmək
  • Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatlar təqdim etmək   
  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: həftənin I-V günləri, 09:00 - 18:00
  • Əmək haqqı: razılaşma yolu ilə  
  • Nahar yeməyi və rabitə xərcləri şirkət tərəfindən təmin olunur

Namizədə tələblər:

  • Maliyyə üzrə ali təhsil  
  • Peşəkar Mühasib Sertifikatının olması vacibdir 
  • IFRS/CFM sertifikatının olması üstünlükdür
  • Sahə üzrə ən az 3 il iş təcrübəsi (FMCG sahəsində arzu olunandır)
  • Mühasibat uçotunun və kargüzarlığının aparılması haqqında mükəmməl bilik 
  • Mikro, Günəş mühasibat və orta səviyyədə MS Excel proqramlarında işləmə bacarığı  
  • Müvafiq dövlət portallarında və elektron bank sistemində yüksək səviyyədə işləmə bacarığı və iş təcrübəsi
  • Əlaqədar qanunvericilik (vergi, əmək və s.) üzrə bilik
  • Statistik məlumatlarla işləmə bacarığı və hesabatların hazırlanması üzrə iş təcrübəsi  
  • Analitik düşünmə və detallara diqqət qabiliyyəti 
  • Məsuliyyətlilik və komandada işləmə bacarığı 
  • Peşəkar səviyyədə Azərbaycan dil biliyi mütləqdir

Tələblərə uyğun şəxslər mövzu hissəsində “Mühasib” qeyd etməklə, CV-lərini qeyd olunmuş e-ünvana göndərə bilər.