İşin təsviri
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:
- informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- karyera irəliləyişlərində yaradılan imkanlar;
- daxili və xarici təlimlərdə iştirak;
- beynəlxalq sertifikatların əldə edilməsi üçün imkanların yaradılması;
- Mərkəzdaxili aktiv sosial həyat.
Vəzi̇fə Funksi̇yaları:
- Active Directory idarə etmək, qrup siyasətlərini yazmaq və tətbiq etmək, icazələri idarə etmək;
- korporativ yeniləmə servisinin işləkliliyinə nəzarət etmək, əməliyyat sistemlərinin yenilənməsi proseslərinin maksimum avtomatlaşdırılmasını təmin etmək;
- sistemlərdə baş verə biləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək;
- informasiya sistemlərinin quraşdırılmasını təmin etmək;
- server infrastrukturunun, informasiya resurslarının seçilməsi, qurulması, dəstəklənməsi metodu barədə təkliflər vermək;
- server infrastrukturuna və informasiya resurslarına nəzarət etmək, təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq etmək;
- serverlərin əməliyyat sistemlərinin optimallaşması, effektivliyinin və səmərəliliyinin artırılması üçün təkliflər vermək;
- serverlərin və informasiya sistemlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün işlər görmək;
- fəaliyyət istiqamətləri üzrə informasiya təhlükəsizliyinin qorunması üçün aidiyyəti üzrə tədbirlər görmək;
- informasiya sistemlərinin ehtiyat nüsxələrin yaradılmasını təmin etmək;
- fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Vəzi̇fəni̇n Tutulmasına Dai̇r Tələblər:
- Ali təhsil;
- Sistem administrasiyası sahəsində ən azı 3 il iş təcrübəsi;
- İngilis dili və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması);
- UNIX/LINUX və Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi;
- Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə;
- Server, Storage və Şəbəkə (SAN-switch) avadanlıqları ilə iş təcrübəsi;
- Windows Server servisləri haqqında administrativ biliklər;
- MS System Center üzrə administrativ biliklər;
- Ehtiyat nüsxə sistemləri üzrə administrativ biliklər;
- Monitorinq sistemləri üzrə administrativ biliklər.
Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər və Bacarıqlar:
- məsuliyyətlilik;
- etibarlılıq və dürüstlük;
- inkişafa yönümlü və innovativlik;
- operativlik və çeviklik;
- təşəbbüskarlıq;
- nəticəyə hədəfli;
- komanda işi.
Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Sistem inzibatçısı” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Email: [email protected]