İşin təsviri
Tələblər:
- Mebel sahəsi üzrə ən azı 5 il iş təcrübəsi
- Azərbaycan dili sərbəst, Rus və İngilis dili biliyi üstünlükdür
- MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı
- Rəsmi və işgüzar danışıqlar və yazışmalar aparmaq bacarığı
- Analiz və qərar qəbul etmək bacarığı
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı
- 35-55 yaş aralığı, bəy namizədlərə üstünlük veriləcəkdir
- İdarəçilik üzrə iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Şirkətin Direktoruna lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək,
- Zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
- Məhsulların satınalınması və istifadəsi sistemini qurmaq və ona nəzarət etmək
- Aylıq və illik planları və strategiyaları hazırlamaq və təkliflər vermək
- Direktorun qərarlarının icrasına nəzarət etmək.
- Aylıq satış limitlərinə nəzarət etmək.
İş şərtləri:
- Bazar ertəsi-Şənbə iş günləri / Bazar istirahət günü
- 09:00 – 18:00 iş saatları
- Əmək haqqı razılaşma yolu ilə
- Ünvan : Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ,Sumqayıt şosesi(döngə 1 ev 50).
Zəhmət olmasa uyğun namizədlər mövzu yerinə əmək haqqı gözləntisini qeyd etməklə “Direktor müavini” başlığı altında CV-lərini [email protected] və [email protected] elektron ünvanlarına göndərə bilərlər.