Tornaçı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dəzgahın və avadanlığın istismardan əvvəl yoxlanılmasını təşkil etmək; 
  • İş sahəsinin işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq; 
  • Görüləcək işə uyğun bütün ləvazimatları, kəsici və ölçü alətlərini seçmək; 
  • Torna dəzgahında detalların düzgün quraşdırılması, mərkəzləşdirilməsi və dəzgahın işə salınmasını icra etmək; 
  • Detalların torna dəzgahında xüsusi alətlər vasitəsi ilə yonulmasını icra etmək; 
  • Müxtəlif profilli və addımlı çox girişli yivlərin açılmasını icra etmək; 
  • Torna dəzgahının söndürülməsi, bütün alətlərin onlar üçün ayrılmış yerlərinə yığılmasını təmin etmək; 
  • İstismar zamanı torna dəzgahının işinə və sürətinə nəzarət etmək;
  • Dəzgahda qüsurların aşkar edilməsi, təmir və ya sazlama işlərinə ehtiyacın müəyyən edilməsi məqsədilə dəzgahın və ya avadanlığın işini müşahidə etmək; 
  • İş yerinin təmiz saxlanması, tullantıların lazımı yerlərə aparılmasını və daşınmasını təmin etmək; 
  • Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
  • İş prosesindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi 
  • Vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar birbaşa rəhbərinin digər tapşırıqlarını icra etmək; 

İş şərtləri: 

  • 6 günlük iş qrafiki 08:00-dan 15:00-a qədər
  • Əmək haqqı:  600 AZN
  • İş yeri Xırdalan ərazisində yerləşir
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Tornaçı” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]

Azmədənistehsal MMC tərəfindən digər vakansiyalar