Vəkil köməkçisi

  • Law Company
  • Elanın qoyulma tarixi: 23.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Vəkilə daxil olan müraciətləri təhlil etmək, onların icrasına dair təklif hazırlamaq, müştərilərə peşəkar şifahi hüquqi məsləhət vermək;
  • Vəkilin daxili sənədləri ilə işləmək, işlər barədə Vəkilə məruzə etmək, sənədlərin hazırlanmasında bilavasitə iştirak etmək və hüquqi məsləhətlər vermək, işləri sistemləşdirmək və arxivləşdirmək;
  • Vəkil tərəfindən digər təşkilatlara, dövlət orqanlarına göndərilən məktubların tərtib olunması, onların göndərilməsini təmin etmək və bu barədə Vəkilə məruzə etmək;
  • Vəkil tərəfindən həyata keçirilən iş bölgüsünə əsasən Vəkilə müraciət etmiş şəxslərin sənədlərini araşdırmaq, dərkənarda qeyd olunmuş müddət ərzində hüquqi xidmətin həyata keçirilməsində kömək etmək;
  • Vəkilə müraciət edən şəxslərin tapşırığı ilə məktubların, vəsatətlərin ərizələrin, şikayətlərin, iddia ərizələrinin apellyasiya və kassasiya şikayətlərinin layihələrini tərtib etmək və təsdiq edilməsi üçün Vəkilə məruzə etmək;
  • Vəkil tərəfindən verilmiş gündəlik tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsini təmin etmək.

Tələblər:

  • Ali hüquq təhsili; (magistratura pilləsində təhsil almış şəxslərə üstünlük veriləcək)
  • 1 ilədək hüquq sahəsində təcrübə (namizədin şifahi müsahibə zamanı tərəfindən müəyyən olunmuş tələblərə cavab verdiyi təqdirdə iş təcrübəsi tələb olunmur)
  • Yaş həddi – 22-30;
  • Ofis proqramlarından (Microsoft Office, Word, Excell, Outlook) sərbəst istifadə etmək; qabiliyyəti (xüsusilə word proqramını dəqiq bilməli və surətli yazma qabiliyyəti olmalıdır)
  • DİL BİLİKLƏRİ : RUS DİLİ, İNGİLİS DİLİ ARZUOLUNANDIR
  • Ofis avadanlıqları ilə işləmək bacarığı; (printer, skaner və s.)
  • Təşkilatçılıq və analitik düşüncə bacarığı;
  • Sənədlərlə və vətəndaşlarla iş bacarığı;
  • Ünsiyyətcil, stres altında işləmə və komanda şəklində işləmə bacarığı;

Qeyd: Vəkilə hüquqi stajını və hüquqi biliklərini artırmaq istəyən, hüquqşünaslar axtarırırıq. 

Əmək haqqı: 400 AZN

İş yeri: Gəncə şəhəri, Zərifə Əliyeva pr. 

İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək (Nahar fasiləsi – 13:00-dan 14:00-adək)

Son müraciət tarixi: 01.10.2022

Xahiş olunur CV-lərinizi email ünvanına göndərəsiniz. Xahiş olunur məktubun mövzu hissəsində hüquqşünas qeyd edəsiniz. (şəkilsiz CV-lər qəbul olunmayacaq)

Əlaqə: 0552158006, 0776083564 Sənan Ərəbov

Email: [email protected]

Law Company tərəfindən digər vakansiyalar