Hüquqşünas

  • Law Company
  • Elanın qoyulma tarixi: 22.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

İş rejimi: Həftəlik 5 gün

Əmək haqqı: 700 azn

Vəzifə statusu: mütəxəssis

Öhdəlik:

  • Müqavilələrin və digər hüquqi sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi, tərtibatı və rəsmiləşdirməsinə nəzarət edilməsi, o cümlədən müəssisədaxili əmr, təlimat, prosedur qaydaların tərtib olunması, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Hüquqi xidmətlərin Sifarişçisinin (irəlidə “Partnyor”, “Tərəfdaş”) cari fəaliyyətində rastlaşdığı hüquqi əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində məsləhətlərin verilməsi, zərurət yarandığı təqdirdə təxirəsalınmaz tədbirlərin icrasının təmini;
  • Məhkəmə, dövlətin hüquq – mühafizə və digər müvafiq icra hakimiyyəti orqanları, ictimai qurumlar, üçüncü şəxslər qarşısında Partnyorun qanuni hüquqlarının müdafiəsi baxımından Tərəfdaşın adından çıxış etməsi və sonuncunun təmsil olunması üzrə zəruri prosessual hərəkətlərin təminatı;
  • İcrası planlaşdırılan kommersiya layihələrinin kompleks şəkildə hüquqi və digər əlaqəli ekspertizasının həyata keçirməsinin təminatı;
  • Partnyor tərəfindən sorğu (sifariş) edilən istənilən mürəkkəb məsələnin həlli istiqamətində zəruri hüquqi prosessual hərəkətlərin icrası.

Vəzifəyə tələblər:

  • 1 ildən çox iş təcrübəsi
  • Hüquq üzrə ali təhsil
  • MS Word/Excel
  • Azərbaycan dili
  • İngilis və Rus dili
  • İş planlama və təşkil etmə;
  • Komanda ilə işləmək bacarığı;
  • Mükəmməl kommunikasiya bacarığı;
  • Təşəbbüskarlıq və proaktivlik;
  • Hesabatçılıq bacarığı;
  • Araşdırma və analitik təhlil;
  • Problem həlletmə və nəticəyönümlük;
  • İşgüzar yazışmalar;
  • Analitik təhlil;
  • Gərgin iş qrafikinə uyğunlaşma.

Müraciət üçün: https://forms.gle/yMUti3ehQQVbe6Ug6 formu doldurmaq və ya farida.mehdi.h@gmail.com ünvanına CV\resume göndərmək

Qeyd: Hər bir müraciətə 2 həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunur.

Müraciət üçün son tarix: 30.09.2023

Law Company tərəfindən digər vakansiyalar