İşin təsviri
Vəzifə və Öhdəlikləri:
- Daxili və xarici bazar payınının genişləndirilməsi istiqamətində satış stratejiyasının və əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi;
- Bütün növ plastik qapı və pəncərə profillərinin və aksesuarlarının kommersiya fəaliyyəti işlərinin təşkil edilməsi;
- Məhsul çeşidi və ölkə baxımından yeni bazarların axtarışı, dəyərləndirilməsi, satışın təşkili və inkişafı;
- Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün arge bölməsi ilə daim əlaqədə olmaq;
- Satış əməkdaşları tərəfindən hesabatlılığın təmin edilməsi və hesabatların dəyərləndirilməsi ilə uyğun tədbirlərin həyata keçirilməsi;
- Daxili və xarici satışın idarə edilməsi;
- Satış istiqamətində mağaza və filialların bütün işini koordinasiya etmək;
- Regionlar arası satış işçiləri arasında təcrübə mübadiləsi işini təşkil etmək;
- Satış təmsilçilərinin təlimatlandırılması, hədəflərin təyin olunması;
- Satış təmsilçilərinin fəaliyyətini təşkil və idarə etmək;
- Satış təmsilçilərinin dövriyyələrinə nəzarət etmək;
- Şirkətin satış həcminin artırılması;
- İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması;
- İşgüzar tədbirlərdə şirkətin təmsil olunması;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, güclü və uzunmüddətli müştəri əlaqələrinin təşkili və qorunub saxlanması;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
- Müştəri debitor borclarının idarə edilməsi;
- Tenderlərdə iştirakın lazımi şəkildə təmin olunması;
- Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək və inkişaf etdirmək;
- Filialların açılışını Rəhbərlik tərəfindən razılaşdırılmış ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək.
- Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
Biliklər:
- Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir;
- Dil bilikləri - Azərbaycan və Rus dillərində səlis danışıq, İngilis dili yaxşı səviyyədə;
- Proqram - Microsoft Office;
Təcrübə:
- Müvafiq sahə üzrə 5 ildən çox
Bacarıqlar:
- Yüksək ünsiyyət və davranış bacarığı;
- Dəqiqlik və dürüstlük;
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- Komanda ilə işləmək və idarəetmək bacarığı
- Təqdimat və təsiretmə bacarığı;
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Sentyabr tarixinədək emailin mövzu hissəsində "Satış şöbəsinin rəisi" qeyd edərək elektron ünvanına göndərə bilərsiz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Email: [email protected]