Laborant

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təlimatlara əsasən xammalların, köməkçi materialların, yarımfabrikatların və hazır məhsulun mövcud standartlara, texniki şərtlərə cavab verməsi üçün və onların keyfiyyətinə laboratoriya nəzarətini tətbiq etmək məqsədi ilə kimyəvi analizləri, fiziki-kimyəvi təcrübələri aparmaq
  • Alınan nümunələrin kimyəvi tərkibi müəyyən edildikdən sonra qarşıya çıxan uyğunsuzluqlar barədə müvafiq struktur bölmələri məlumatlandırmaq
  • Xammalların, köməkçi materialların, yarımfabrikatların və hazır məhsulun beynəlxalq standartlara uyğun şəraitdə, temperaturda və rütubətlilik dərəcəsində saxlanılmasına nəzarət etmək
  • Laboratoriyada analizlər üçün qeyd jurnalları hazırlamaq, aparılan bütün analiz və müşahidələri jurnallara qeyd etmək.
  • Laboratoriyada istifadə olunan cihazların işlək vəziyyədə olmasına, dəqiq işləməsinə nəzarət etmək
  • Gündəlik olaraq sahələrdə temperatur, nəmlik, şeh nöqtəsini yoxlamaq və aidiyyəti şöbələrə göndərmək
  • Metal qarışımının yoxlanılması jurnalını hazırlamaq, gündəlik və aylıq olaraq nəzarətdə saxlamaq
  • Dezinfeksiyaedici məhlulun hazırlanmasına, istifadə müddətinə nəzarət etmək və məhlulları sahələrə çatdırmaq
  • Analizləri yoxlanılmış və təsdiqlənmiş cihazlar, ölçü vasitələri ilə aparmaq

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi arzu olunandır (qida sektoru);
  • İşinə məsuliyyətli, intizamlı olmalı
  • Rus dilində ünsiyyət bacarığı

Təminatlar:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Növbəli(gecə/gündüz)
  • Yemək və servis təminatı
  • Əmək haqqı: 500 - 600 manat (namizədə uyğun olaraq)

Namizədlər öz CV-lərini emailin mövzu hissəsində " Laborant " qeyd edərək e-ünvanına 15.09.2022 -ci il tarixinədək göndərə bilərlər. 

Email: [email protected]

İşəgötürənin reytinqi