Junior Product Owner

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 15.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Müəyyən istiqamətlər almaqla məhsulun dəyər təkliflərini və yol xəritəsini formalaşdırmaq, komanda üzvlərinə və məhsulda maraqlı tərəflərə çatdırmaq;
  • Məhsul üzrə tapşırıqlar siyahısının yaradılması və idarə edilməsi; Məhsul üzrə tapşırıqların prioritetləşdirilməsi;
  • Müəyyən istiqamətlər almaqla məhsul üzrə əsas göstəricilərin müəyyən edilməsi, göstəricilərin izlənməsi və nəticələrin analizi;
  • Müştərinin, bazarın ehtiyaclarını və istəklərini müəyyən etmək üçün mütəmadi olaraq müştərilərlə görüşlər keçirmək, araşdırmalar aparmaq;
  • Məhsulda maraqlı olan tərəflərlə mütəmadi görüşlərin keçirilməsi, tələblərin və gözləntilərin nəzərdən keçirilməsi;
  • Məhsul üzrə mütəmadi olaraq bankdaxili və bankdankənar təqdimat məqsədli görüşlərinin keçirilməsi;
  • Məhsulun ümumi dəyərinin artırılması istimaqətində addımlar atmaq;
  • Bankın bütün daxili qaydalarına, proseslərinə, siyasətlərinə və prosedurlarına (“HSE” daxil olmaqla) riayət edilməsində məsuliyyət daşımaq. Fors-major hal, istənilən təhlükə, qəza, hadisələr haqqında Birbaşa rəhbərinə dərhal məlumat vermək;
  • Komanda daxili işlərin gedişatı ilə bağlı birbaşa rəhbərlə şəffaf kommunikasiyanın aparılması;
  • Ətraf mühiti qorumaq və çirklənmənin qarşısını almaqla, təhlükəsiz çalışmaq;
  • Birbaşa rəhbəri tərəfindən təyin edilmiş digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi.

Sizdən nə tələb olunur?

  • Rəqəmsal məhsullardan və texnologiya aləmindən yaxından məlumatlı olmaq;
  • Kreativ düşüncə tərzi;
  • Yüksək sahibkarlıq ruhu;
  • Problemlərin kökünü tapıb həll etmə bacarığı;
  • Nəticə yönümlülük;
  • Rəqəmsal məhsulların inkişaf etdirilməsi üzrə müəyyən peşəkar təcrübə;
  • Azərbaycan və ingilis dillərində sərbəst fikirlərini ifadə etmə, danışma və yazma qabiliyyəti;
  • Müştərilərlə empatiya qurmaq və istəklərini biznes imkanlarına çevirmək bacarığı;
  • Liderlik xüsusiyyətləri;
  • Fərqli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, hüquq və s.);
  • “Agile” və ya “Design Thinking” üzrə biliklərə sahib olmaq arzuolunandır.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Kiçik Məhsul Sahibi” qeyd edərək göndərməyiniz xahiş olunur.

Email: [email protected]

İşəgötürənin reytinqi