Kredit mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Kredit ərizələrini qəbul etmək, müştərilərin, zaminlərin (əgər mövcuddursa) və girovların (əgər mövcuddursa)  təhlilini aparmaq;
  • Kredit ərizələrini hazırlamaq və kredit komitəsinə baxılmaq/təsdiq olunmaq üçün təqdim etmək;
  • Kredit ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək;
  • “BOKT”un proqramına müştəri məlumatlarını daxil etmək;
  • Kredit üzrə məlumatları düzgün şəkildə proqrama daxil etmək;
  • Qanunvericilik, daxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
  • Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
  • Təşkilatdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
  • Kredit qovluqlarının arxivləşdirilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə və kredit üzrə);
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək, İngilis dili isə arzuolunandır;
  • Yeni məzun;

İş haqqında məlumat:

  • İş qrafiki: I-V günlər; saat 09:00-18:00;
  • Maaş: 400 AZN;
  • İş təcrübəsinə ehtiyac yoxdur. Hər şey iş mühitində öyrədiləcək.

 

Email: [email protected]