Satış meneceri

  • Ecomedi
  • Elanın qoyulma tarixi: 09.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin bütün məhsullarının satışının təşkil edilməsi
  • Plan üzrə satış nöqtələrinin ziyarəti və məhsul sifarişlərinin götürülməsi
  • Bütün məhsullar üzrə qarşıya qoyulan satış hədəflərinin yerinə yetirilməsi
  • Satış nöqtələrindən ödənişlərin qəbulu və borc öhdəliklərinə nəzarət
  • Yeni məhsulların satış nöqtələrinə təqdim olunması, tanıdılması
  • Satış nöqtələrində Şirkət məhsullarının planoqrama və digər standartlara uyğun sərgilənməsinin təşkili və nəzarət
  • Ərazisi üzrə yeni müştərilərin cəlb edilməsi
  • Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə təqdim edilməsi

Əsas tələblər:

  • Minimum orta ixtisas təhsili
  • Müvafiq sahədə ən az 2 il iş təcrübəsi,
  • Yüksək səviyyədə ünsiyyət qurma, təqdimat və danışıqlar aparma bacarıqları
  • Mükəmməl səviyyədə satış texnikaları üzrə bilik
  • Azərbaycan dilində səlist nitq qabiliyyəti
  • Şəxsi avtomobil və sürücülük vəsiqəsinin (B kateqoriya) olması üstünlükdür.
  • Bakı şəhəri və ətrafını yaxşı tanımaq
  • MS Office proqramlarında işləmə bacarığı
  • Korporativ etikaya həssaslıq, intizamlı olma, təşəbbüskarlıq və komandada işləmə bacarığı

İş şərtləri:

  • İş qrafiki: I-VI günlər 09:00-dan 18:00-dək, istirahət günü: bazar; 
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
  • Əmək haqqı razılaşma yolu ilə 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış meneceri” qeyd edərək göndərmələri xahiş olunur. 

Email: [email protected]