Daxili Nəzarət və Komplayens departamentinə Mütəxəssis/Aparıcı mütəxəssis

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • İqtisadiyyat ixtisası üzrə təhsil;
  • Analitik qabiliyyət (yoxlama senariləri yaza biləcək səviyyə);
  • MS Office, əsasən MS Excel (bilik səviyyəsini təsdiq edən sertifikat təqdim olunmaqla),  SQL bilikləri;
  • Dil biliyi səviyyəsi: Türk dili – yaxşı, İngilis dili – yaxşı; 
  • Bank sektorunda iş təcrübəsi – minimum 2 il.

Vəzifə öhdəlikləri:

  • Departamentə aid iş axışlarının qurulması və onların icrasında iştirak edilməsi;
  • Departamentə aid hesabatlıq işinin təkmilləşdirilməsi və icrasında iştirak edilməsi;
  • Departamentə aid siyasət, qayda və iş axışları haqqında Bank işçilərinin məlumatlandırılması və müvafiq təlimlərin verilməsi;
  • Öz funksiyalarının həyata keçirilməsi prosesində Bankın daxili strukturlarının maraqlar münaqişəsi hallarının aşkar edilməsi;
  • Aidiyyatı siyasət və daxili qaydaların layihələrinin, onlara əlavə və dəyişikliklərin icrasının təşkil edilməsi;
  • Daxili nəzarət sisteminin effektivliyi və uyğunluğunun yoxlanılması, həmçinin qiymətləndirilməsində iştirak edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 31-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Daxili Nəzarət və Komplayens” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Email: [email protected] 

İşəgötürənin reytinqi