İnsan resursları və əmək haqqı üzrə analitik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni açılacaq marketlərin analiz əsasında ştatlarının təyin olunması
  • Ştat saylarının yenidən formalaşdırılması
  • İşə qəbul komandası və müvafiq şəxslərin məlumatlandırılması
  • Ştat cədvəlləri ilə bağlı müvafiq hesabatların və yoxlamaların aparılması.
  • Rüblük olaraq marketlərdə iş yükünün analizi
  • Aylıq olaraq İşçi ilə əlaqədar xərclərin analizi (əmək haqqı, danışıq limitindən istifadə, amortizasiya, ezamiyyə və s.)
  • Xərclərin optimallaşdırılması və təklif planlarının hazırlanması
  • Əmək haqqı ilə bağlı analizlərin maliyyə şöbəsinə təqdim olunması
  • Əmək haqqı üzrə Büdcə və proqnozlarının hazırlanması
  • 1C proqramı üzrə yeni tənzimləmələrin icrasında dəstək
  • Şirkət üzrə təşkilati stukturun hazırlanması və periodik yenilənməsi

Namizədə dair tələblər:

  • Riyaziyyat, Biznes Tədqiqatları, Biznesin İdarə Edilməsi, İnsan Resursları və ya ekvivalentində ali təhsil
  • Göstərilən vəzifədə ən azı 1-3 il iş təcrübəsi.
  • Güclü ünsiyyət və təqdimat bacarığı.
  • Tənqidi düşünmə və təhlil etmə bacarığı.
  • Birdən çox prioriteti eyni vaxtda idarə etmək bacarığı.
  • Problemlərin həllinə yaradıcı yanaşma.
  • Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;
  • Səlis Microsoft Office istifadəçisi.
  • Azərbaycan və İngilis dilində sərbəst ünsiyyət bacarığı.

Maraqlanan namizədlər email ünvanına "İnsan resursları və əmək haqqı üzrə analitik" başlığı ilə müraciət edə bilər.
 
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]