Yarım-Ştat Sürücülərin Ehtiyat Kadrlar bazası

İşin təsviri

Yer: Bakı
Müraciətin son tarixi: 09:00 Avqust 22, 2022
İşə başlama tarixi: Sentyabr 1, 2022
İş qrafiki: Yarım-Ştat.

USAID tərəfindən maliyyələşdirilən Sosial İştiraka Dəstək (SES) Layihəsi tələb olduqda işə cəlb oluna biləcək və qısamüddətli səfərlər və nəqliyyat xidməti üçün münasib olan müqaviləli yarım-ştat sürücülərin ehtiyat kadrlar bazasını yaratmaq üçün təcrübəli Sürücülər axtarır. Müvəffəqiyyətli namizədlər siyahıya daxil ediləcək və SES Fəaliyyətinin inzibati prosedurları və qaydaları üzrə təlim keçdikdən sonra ehtiyac üzrə müraciət olunacaqdır.

Bu vəzifəyə müraciət etməkdə maraqlı olan və müvafiq tələblərə cavab verən namizədlər 22 avqust 2022-ci il saat 09:00-dan (GMT+4) gec olmayaraq elektron poçt ünvanına, mövzu hissəsinə “Yarım-Ştat Sürücü” vəzifəsi qeyd etməklə müraciət edə bilərlər.

Müraciətə əlavə olunmalıdır:

  1. CV.
  2. Avtomobilin şəkilləri.
  3. Avtomobilin texniki pasportu.
  4. Əlaqə məlumatları.
  5. İstinad məktubları və ya ən azı 3 nəfər səlahiyyətli şəxsin əlaqə məlumatları

Gecikmiş müraciətlərə və avtomobilin şəkilləri olmayan meyllərə baxılmayacaqdır.

Ümumi məsuliyyətlər:

Yarım-Ştat Sürücü öz texniki bacarıqlarından, təhsilindan və təcrübəsindən istifadə edərək SES Layihəsinin Bakı və Ağcabədi ofislərinin rəvan, səmərəli və dəqiq idarə edilməsi, sürücü xidmətinin göstərilməsi, logistika dəstəyi üzrə xidmətlərdə dəstək olacaqdır.

Xüsusi məqsədlər, vəzifələr, məsuliyyətlər və səlahiyyətlər haqqında ətraflı məlumat üçün əlavə edilmiş İş Öhdəlikləri sənədi ilə tanış olun. 

Tələblər:

 Avtomobil tələbləri:

  • Avtomobil yerli qanunvericiliyin tələblərinə uyğun qeydiyyata alınmalıdır.
  • Tam sığorta (avtomobillərin üçüncü şəxslərin məsuliyyətinin sığortası, həmçinin KASKO sığortası) hər zaman qüvvədə olmalıdır. Sürücü SES Layihəsi sənədləşməsi üçün sığortanın yazılı təsdiqini təqdim etməlidir.
  • Avtomobilin istehsal ili 2010-cu ildən erkən olmamalı əla texniki vəziyyətdə olmalıdır: 
  • Oturacaqların sayı – ən azı 5
  • Qapıların sayı – ən azı 4
  • Ötürücü sistemi – tam ötürücülü avtomobillərə üstünlük veriləcək
  • Sükan – soldan idarəetmə
  • Yerdən hündürlük – ən azı yerdən hündürlük 225 mm olmalıdır.
    • Təhlükəsizlik – təhlükəsizlik kəməri və hava yastıqları ilə təchiz olunmalıdır (ən azı 6).
  • Avtomobil mütəmadi olaraq yoxlanılmalıdır. Xidmət təminatçısı müntəzəm texniki baxışın aparılması barədə yazılı sənəd (surəti) təqdim etməlidir.
  • Avtomobilin içərisi və kənar hissələri sərnişinlərin istifadəsi zamanı və ya mebellərin/avadanlıqların daşınması zamanı və daşındıqdan sonra daim səliqəli saxlanılmalıdır.

Tələb olunan Bacarıqlar və Təcrübə:

  • Orta təhsil. Etibarlı sürücülük vəsiqəsi
  • 5 ildən az olmayan sürücülük təcrübəsi
  • Təhlükəsiz sürücülük qeydləri olan sürücü kimi ən azı 2 il iş təcrübəsi. Sürücülük qaydaları və prosedurlarını mükəmməl bilmək və nəqliyyat vasitələrinin xırda təmirində bacarıqlı olmaq.
  • Donor tərəfindən maliyyələşdirilən təşkilatlarda/layihələrdə təcrübə üstünlükdür.
  • Azərbaycan yolları, regionları, dövlət qurumlarının yerləşdiyi yerlər, xarici səfirliklər, beynəlxalq təşkilatlar, restoranlar və mehmanxanalar haqqında yüksək biliklərə sahib olmaq
  • Dil tələbləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, ingilis dilini bilmək və ingilisdilli sərnişinlərlə ünsiyyət qurmaq bacarığı və Rus dilini bilmək üstünlükdür.

 

Email: [email protected] 

USAID’s Social Engagement Support (SES) Activity tərəfindən digər vakansiyalar