İnsan Resursları Mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
  • E-Gov hökümət portalı və ƏMAS altsistemi ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
  • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
  • Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
  • Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
  • Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
  • Şirkətin daxili kommunikasiya prosesinin icrasına nəzarət edir;
  • Şirkətin SƏTƏM fəaliyyətinin icrasına nəzarət edir;
  • Korporativ sosial məsuliyyət layihələrinin tərtib olunmasını və icra olunmasını təmin edir;
  • İşçilərin həvəsləndirilməsi üçün maddi və qeyri-maddi inkişaf tədbirləri tərtib edir və tətbiqinə nəzarət edir.

Vakansiya tələbləri:

  • Ali təhsil;
  • Sahə üzrə 1-3 il iş təcrübəsi;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
  • İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
  • Azərbaycan və ingilis dilində səlis danışıq və yazı bacarığı (rus dili biliyi üstünlükdür);
  • MS Office proqramlarından yüksək istifadə bacarığı; 

 Əlavə məlumatlar:

  • İş qrafiki: I-V günlər 09:00-18:00
  • İş yeri: Bakı ş., “Kaspi” Təhsil Şirkəti 

Maraqlananlar aşağıdakı linkdən daxil olaraq İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. 

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

https://www.kaspi.edu.az/career/