Baş mühasib

  • AZNAR
  • Elanın qoyulma tarixi: 05.08.2022

İşin təsviri

Əmək funksiyaları:

  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini əməliyyatlarının uçotunu aparmaq;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl etmək;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
  • Dövlət büdcəsinə məcburi ödəmələri, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • Vergi ilə bağlı əməliyyatlar: bütün vergi hesabatlarının göndərilməsi;
  • E-qaimə fakturalarının yazılması;
  • Bəyannamələrin hazırlanması və göndərilməsi;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Daxili hesabatların hazırlanması və təqdim olunması;
  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
  • Maliyyə hesabatlarının tərtib edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • Baş mühasib və ya mühasib kimi istehsalat və aqrar sahədə minimum 3 il iş təcrübəsi;
  • ƏDV ilə işləmə bacarığı;
  • 1C 8.3 proqram təminatında işləmək bacarığı.

İş şəraiti:

  • 5 günlük iş rejimi;
  • İş yeri: Bakı və Göyçay;
  • Korporativ telefon nömrəsi verilir;
  • Nahar yeməyi təmin edilir;
  • Əmək haqqı razılaşma yolu ilə.

Maraqlanan namizədlər mövzu bölümündə “Baş mühasib” yazaraq CV-lərini göndərə bilərlər. 

Email: [email protected]